AZ

Qəza yerindən tapılan qara qutuların araşdırılmasını Braziliyalı mütəxəssislər APARACAQ

Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin qara qutuları ilə bağlı istintaq işlərinə dekabrın 27-də Braziliyalı mütəxəssislər tərəfindən başlanacaq.

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini və Mülki Aviasiya Komitəsinin sədri Talqat Lastayev keçirdiyi brifinq zamanı deyib.

“ İlk növbədə, vəziyyətə əsaslanaraq, qəzanı araşdırmaq üçün komissiya yaradılır və qara qutuların sonrakı taleyi ilə bağlı qərar verir. Hazırda bu proses gedir - detallar toplanılır. İstehsalçı ölkə Braziliyadan olan mütəxəssislər sabah gələcək, aviadaşıyıcının öz nümayəndəsi sabah gələcək. Bütün bu insanlar bir araya gələndən sonra qara qutunun necə deşifrə edilməsinə qərar veriləcək”, - Lastayev bildirib.

Bizim.Media

Seçilən
2
13
bizim.media

10Mənbələr