Hazırda vəziyyətim yaxşıdır, bütün müayinələrdən keçiriblər.
Bunu təyyarə qəzasında yaralanan Samir Dərvişov bildirib.
“Vəziyyətim yaxşıdır. Bizə çox yaxşı baxırlar. Bütün müayinələrdən keçiriblər. Qazaxıstanda da qayğımıza qaldılar”, – o qeyd edib.
Yaralının sözlərinə görə, o, Qroznıya atası ilə birgə gedirdi: “Həm qardaşımı görməyə gedirdik, həm də iş axtaracaqdım”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Report
Tarix: 27 Dekabr 2024, 08:25