AZ

Onları AZAL prezidenti qarşıladı - VİDEO

Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan 2 ekipaj üzvü Aydan Rəhimli və Zülfüqar Əsadov da artıq Bakıdadırlar.

FED.az xəbər verir ki, onlar AZAL-a məxsus təyyarə ilə ölkəyə qayıdıblar.

Onları AZAL prezidenti Samir Rzayev qarşılayıb.

Aydan Rəhimli açıqlama vermək istəməsə də, Zülfüqar Əsadov özünü yaxşı hiss etdiyini deyib.

Sözügedən görüntüləri təqdim edirik:

Xatırladaq ki, qəza zamanı 5 ekipaj üzvündən üçü - pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, həmçinin stüardessa Hökümə Əliyeva həlak olub.

Seçilən
11
15
fed.az

10Mənbələr