1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Nyu-Yorkda (ABŞ) şahmat üzrə dünya çempionatının ikinci gününə start veriləcək.
Oxu.Az xəbər verir ki, dünya çempionatında 15 şahmatçımız mübarizə aparır.
İlk oyun günündə kişilərin turnirində Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Maqomed Muradlı, Vüqar Rəsulov, Read Səmədov və Vüqar Manafov mübarizə aparıblar.
Eltac Səfərli, Vasif Durarbəyli və Vüqar Manafov qalib gəliblər, Şəhriyar Məmmədyarov, Maqomed Muradlı, Aydın Süleymanlı və Vüqar Rəsulov heç-heçə oynayıblar, Read Səmədov isə məğlub olub.
Qadınların turnirində ölkəni Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova təmsil edirlər.
Start turunun nəticələrinə görə, Gülnar Məmmədova, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva qalib gəliblər, Türkan Məmmədyarova və Gövhər Beydullayeva bərabərə qalıblar, Zeynəb Məmmədyarova isə məğlub olub.
Dekabrın 26-28-də şahmatçılar rapid, 30-31-də isə blits yarışları keçirəcəklər.
Çempionatın ümumi mükafat fondu 1 428 500 dollardır.