Bakı. Trend:
Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrininpərakəndə satışına görə 9000 manatadək cərimə müəyyənləşəcək.
Trend xəbərverir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdəəksini tapıb.
Layihəyə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərmanvasitələrinin pərakəndə satışına görə inzibati xətanın bilavasitəobyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslərmin beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beşmin manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinəcavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş,“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununauyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlətqeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədiilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrininistehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalınəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngülzərərin vurulmasına görə inzibati xətanın bilavasitə obyekti olandərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki minmanatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddimin manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.