AZ

Deputatlar təyyarə qəzasında həlak olanların xatirəsini andılar

Milli Məclisdə Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi anılıb.

Editor.az  xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması haqqında çıxış edib.

Sədr həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Bununla bağlı prezidentin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının fəaliyyətindən danışıb.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən “Embraer 190” təyyarəsi Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.

Seçilən
9
3
editor.az

4Mənbələr