AZ

Üç Azərbaycan vətəndaşı Qazaxıstanda xəstəxanada müalicə alır

Hazırda Qazaxıstanın Manqistau vilayətində xəstəxanada təyyarə qəzasında xəsarət alan 3 Azərbaycan vətəndaşı müalicə alır.

Avtosfer.az xəbər verir ki, bu barədə “Kazinform” saytı tibb müəssisəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, xəstəxanada ümumilikdə qəzada yaralanan 6 sərnişin müalicə alır, onlardan 4-ü reanimasiyadadır. Xəsarət alanlardan birinin vəziyyəti çox ağır, üçünün vəziyyəti isə stabil ağır qiymətləndirilir.

Həmçinin pasiyentlərdən ikisi travmatologiya şöbəsində müalicəsini davam etdirir.

Xəstəxanadan bildirilib ki, yaralılardan 3-ü Azərbaycan, 3-ü isə Qırğızıstan vətəndaşıdır və onlara bütün lazımi yardım göstərilir.

Qeyd edək ki, təyyarədə 5-i ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Son məlumata əsasən, təyyarədə olan 37 Azərbaycan vətəndaşından 26-sı qəzada həlak olub.

Hazırda həlak olanların nəşi və yaralıların ölkəyə gətirilməsi prosesi həyata keçirilir.

Seçilən
40
31
avtosfer.az

10Mənbələr