Üçüncüsü, niyə təyyarə Aktauya, yəni Xəzər dənizinə doğru göndərilib və ondan xeyli yaxın olan heç bir hava limanına enişinə icazə verilməyib? Aktauya qədər olan məsafə 440 kilometrdir. Burada belə bir versiya irəli sürdülər ki, yanacaq yandırılmalı idi, lakin sonra onu Bakıya qaytarmaq daha məntiqli olardı. Amma hava dəhlizi xüsusi olaraq Aktauya verilib. İndi daha çox danışılır ki, Kreml təyyarəni onların vurduğunu etiraf edir, yoxsa etiraf etmir. Amma əslində bu suallara cavab tapmaq daha vacibdir. Və bu sullar Rusiya tərəfinə yönələcək suallardır. Hər birimizin öz və çox inandırıcı versiyamız ola bilər, amma Moskvanın cavab verməsi vacibdir. Faciənin üstündən iki gün keçir. Və iki dəfə ayağa qalxmamaq üçün yazmağı (deməyi) dayandırın ki, Ukrayna PUA-ları ilə döyüşərkən çeçenlər Azərbaycan təyyarəsini vurublar. Hiyləgər ifadədir”, - o bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta