AZ

Parlamentin bu ilə olan son iclasının vaxtı dəyişib

Milli Məclisin bu il üçün son iclası dekabrın 29-da keçiriləcək.

Oxu24.com   xəbər verir ki, bunu spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Lakin Nazirlər Kabinetinin 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerlərinin dəyişdirilməsi qərarına əsasən, parlamentin son iclasının da vaxtı dəyişib.

Seçilən
3
4
oxu24.com

10Mənbələr