AZ

İrəvan silah almadı - Rusiyaya borcunu silir

Ermənistan əvvəllər tam təhvil verilməyən silahların alınması üçün köçürülmüş vəsait hesabına Rusiyaya dövlət borcunun qismən ödənilməsi imkanlarını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan deyib.

“Alqı-satqı həyata keçirildi, lakin çatdırılmaların bir hissəsi tamamlanmadı, bəziləri isə gecikdi. Təchizat məsələləri ilə Müdafiə Nazirliyi məşğul olur, ona görə də məndə bütün detallar yoxdur. Bununla belə, mövcud borcların bir hissəsinin yenidən hesablanması ilə bağlı dialoq gedir, lakin bu proses məxfi xarakter daşıyır”, - o bildirib.

Seçilən
15
axar.az

1Mənbələr