AZ

Təyyarə qəzasında həyatını itirən qusarlı gənc dəfn olunub

Bakı. Trend:

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsustəyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 19 yaşlıXədicə Əlimirzəyeva Qusarın Suduroba kənd qəbiristanlığında dəfnolunub.

Trend xəbərverir ki, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin,hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrinnümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirakediblər.

Təyyarə qəzasında Xədicə ilə birlikdə onun qardaşı Əli dəhəyatını itirib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.

Seçilən
83
3
az.trend.az

10Mənbələr