"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin ilkin araşdırma nəticələrinə görə, “Embraer 190” təyyarəsinin qəzası fiziki və texniki kənar müdaxilə səbəbindən baş vermiş ola bilər.
Bu barədə AZAL-ın bəzi Rusiya şəhərlərinə uçuşların dayandırılması ilə bağlı açıqlamasında bildirilib.
Bildirilib ki, bu səbəbdən araşdırmanın yekun nəticələri açıqlanana qədər Rusiyanın 10 hava limanına uçuşlar dayandırılıb.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
ZÜMRÜD