Məlum olduğu kimi, Bakı Avrasiya Universitetinin (BAAU) tələbəsi Mahmud Tutunçiyev də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya düşməsi nəticəsində həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, universitetin girişində Marketinq ixtisasının III kurs tələbəsi olan M.Tutunçiyevin əziz xatirəsini anmaq üçün guşə yaradılıb.
BAAU-nun rəhbərliyi, akademik-inzibati heyət üzvləri və tələbələr guşənin önünə gül dəstələri qoyub, onu ehtiramla yad ediblər.