AZ

Baş həkim qəzada yaralananların son vəziyyətindən danışdı

Reanimasiyada olan xəstənin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə kafi olaraq qiymətləndirilir.

Yenisabah.az xəbər verir ki, bunu "Yeni Klinika"nın baş həkimi Eldar Əhmədov təyyarə qəzasında yaralananların vəziyyəti ilə bağlı deyib.

O bildirib ki, xəstələrdən biri sabah əməliyyat olunacaq:

"Dünən təqribən saat 19 radələrində xəstəxanamıza 14 xəstə daxil oldu hansı ki, bu xəstələr gəlməmişdən əvvəl bütün xəstəxanada cərrahi briqada, orto-travmatoloji, neyro-cərrahi briqada ilə birgə hazır vəziyyətdə gözlədik. Xəstələri qəbul etdik və onlar müvafiq şöbələrə yerləşdirildi. Hal- hazırda 14 xəstəmiz var. Onlardan biri reanimasiyada olmaq şərti ilə xəstələrin müalicəsi stasionar şəraitdə davam etdirilir.

Reanimasiyada olan xəstənin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə kafi olaraq qiymətləndirilir. Xəstələrin diaqnozları bədənin müxtəlif nayihələrində küt travmalar, bədən cızıqları, yüngül sümük sınıqlarıdır. Yalnız bir xəstəmizdə baldır sümüyünün açıq qəlpəli sınığı aşkarlanıb. Onun da əməliyyatı planlaşdırılır. Çox güman sabah o xəstə əməliyyata alınacaq".

 


Telegram kanalımız
Seçilən
74
6
yenisabah.az

7Mənbələr