Cənubi Koreya Milli Assambleyasının bu gün Koreya Respublikasının prezidenti vəzifəsini icra edən və baş naziri Han Duk-sunun aparıcı müxalifət partiyası Toburo tərəfindən irəli sürülən impiçmenti ilə bağlı səsvermə keçirəcəyi gözlənilir.
Milli.Az Tass-a istinadən xəbər verir ki, vəziyyət impiçment üçün tələb olunan meyarlarla bağlı mübahisələrə səbəb olur. Səsvermənin dekabrın 27-də keçiriləcəyi gözlənilir.
Koreya Respublikasının Konstitusiyasına görə, prezidentin impiçmenti üçün parlament üzvlərinin 300 səsindən 200-nün səsi tələb olunur. Toburo qanunvericilik məclisində 170 yerə nəzarət edir.
Qeyd edək ki, bu, Cənubi Koreya tarixində ilk prezident səlahiyyətlərini icra edən şəxsə impiçment elan etmək cəhdidir.
Nərmin
Milli.Az