AZ

"Azərbaycan beynəlxalq məsləhətçiləri təyyarə qəzasının araşdırma prosesinə cəlb edib"

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev \"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus \"Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma prosesindən danışıb.

AZXEBER.COM-un məlumatına görə, o, təyyarənin ən optimal eniş etdiyini vurğulayıb.

\"Bunun nəticəsində də təyyarədə olan sərnişinlərin əksəriyyəti xilas edilib. Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”.

Nazir \"Embraer” şirkətinin iki mütəxəssisinin hadisə yerində olduğunu və araşdırma qrupuna cəlb edildiyini əlavə edib:

\"Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar”.
Seçilən
1
7
azxeber.com

8Mənbələr