AZ

Təyyarə xarici müdaxilə nəticəsində qəzaya uğrayıb – AZAL

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmaların ilkin nəticələri və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınıb.

Bu səbəbdən də, AZAL dekabrın 28-dən Bakıdan Rusiyanın 10 şəhərinə uçuşları dayandırır.

Seçilən
12
36
medianews.az

10Mənbələr