Lənkəranda qadın dəm qazından boğularaq ölüb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Səpnəkəran kəndində baş verib.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağını qızdırmaq üçün kömürdən istifadə edib. Nəticədə dəm qazından boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız