AZ

“Reuters”: “Rəsmi Bakı Rusiyadan etiraf gözləyir”

Agentlik 4 mənbəyə istinadən bildirir ki, təyyarə Rusiya tərəfindən vurulub.

Medianews.az xəbər verir ki, həmin mənbələrdən biri Azərbaycan hökumət nümayəndəsidir. Adı açıqlanmır. O, bildirir ki, istintaq materialları göstərir ki, təyyarə Rusiyanın “Pantsir-S” Havadan Müdafiə Sistemi ilə vurulub. Daha sonra isə xüsusi avadanlıqlarla təyyarənin elektron əlaqə sistemi sıradan çıxarılıb.

Mənbə deyib: “”Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf edəcəyini gözləyir”.

“Reuters” yazır ki, “Euronews”-a danışan başqa bir Azərbaycan hökumət nümayəndəsi də oxşar açıqlama verib.

Agentlik ABŞ rəsmisinin də oxşar mövqe ortaya qoyduğunu bildirir…

Mən yaşadığım İsveçrədə də birmənalı olaraq deyilir ki, təyyarəni Rusiya vurub…

Rusiya isə təkidlə susur…

Əminəm ki, Rusiya bu cinayəti ört-basdır edə bilməyəcək. Az qala bütün dünya bu məsələdə Rusiyaya qarşıdır. Rusiya, daha doğrusu Putin etiraf etməlidir. Söhbət “olmazsa-olmaz” mərhələsinə daxil olub…

“Reuters”in yaydığı fotonu da təqdim edirik:

"Reuters": “Rəsmi Bakı Rusiyadan <span style=color:red>etiraf gözləyir”

Seçilən
19
medianews.az

1Mənbələr