AZ

Bayden AZAL-ın təyyarəsinin qəzaya uğraması barədə məlumatlandırılıb - Con Kirbi

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden “Azərbaycan Hava Yolları”na məxsustəyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədəməlumatlandırılıb.

Trend xəbər verir ki, bunu“News Nation”un efirinə telefonla bağlanan Ağ Evin MilliTəhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoruCon Kirbi deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı C.Baydenə mütəmadi olaraqməlumatlar verilir.

“Bu hadisə fəal şəkildə araşdırılır. Biz həm diplomatik, həm dəMilli Təhlükəsizlik Şurası vasitəsilə Azərbaycan hökumətinə ehtiyacolduğu halda araşdırmaya yardım etməyə hazır və istəkli olduğumuzuçatdırdıq”, - deyə o bildirib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.

Seçilən
14
2
az.trend.az

7Mənbələr