AZ

Beyin hansı yaşdan sonra qocalmağa başlayır? - Rusiyalı mütəxəssisdən açıqlama

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zehni proseslər nöqteyi-nəzərindən baxıldıqda, qocalmanın başladığı hədd 25-35 yaş arasıdır. Bundan sonra beynin funksional imkanları tədricən azalmağa başlayır.
Oxu.Az-ın "Gazeta.ru"ya istinadən xəbərinə görə, bu barədə rusiyalı mütəxəssis, psixologiya elmləri namizədi, Avropa Tibb Mərkəzinin neyropsixoloqu, Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin Neyrokoqnitiv Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Nikolay Voronin danışıb.
"Yaş ötdükcə beynin həcminin getdikcə azalması müşahidə olunur, xüsusən də planlaşdırma, qərar qəbul etmə və yaddaş kimi yüksək zehni funksiyalara cavabdeh olan frontal (Alın payı - hissələrin ən böyüyüdür və beynin ön hissəsindədir - red.) və temporal (Gicgah payı - başın hər iki tərəfində qulaqlarla eyni səviyyədədir - red.) hissələrdə. İnsanda neyronların sayı müəyyən yaşa qədər nisbətən sabit qalsa da, qocaldıqca beyin onları tədricən itirir", - deyə mütəxəssis bildirib.
Bu, qocalmanın təbii prosesləri ilə əlaqədardır və stres, fiziki aktivliyin olmaması və xəstəlik kimi amillər səbəbindən ağırlaşa bilər.
"Sinir hüceyrələrini birləşdirən və onlar arasında siqnal ötürülməsini təmin edən miyelinli aksonlardan ibarət ağ maddə də dəyişikliklərə məruz qalır. Yaş keçdikcə miyelinin deqradasiyası baş verir və sinaptik əlaqələrin (aksonların digər neyronlarla təmas nöqtələri) sayı azalır ki, bu da neyronlar arasında siqnalların ötürülməsinin sürətini və dəqiqliyini azaldır", - deyə Voronin qeyd edib.
Beyni məşq etdirmək üçün bir çox üsullar var ki, bunların sırasında kitab oxumaq, tapmacalar həll etmək və yaddaş, diqqət və analitik bacarıqları inkişaf etdirməyə kömək edəcək interaktiv məsələlər təklif edən kompüter proqramlarından istifadə də daxildir. Bütün bu üsullar beynin qocalmasını yavaşlatmağa kömək edəcək.
Seçilən
10
50
oxu.az

10Mənbələr