Bakı-Qazax əsas magistral yolunda ağır yol-nəqliyyatı hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə magistral yolun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ – 2107” markalı avtomobil “Ford” markalı mikroavtobusa çırpılıb.
Qəzada minik avtomobilinin sürücüsü İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Samir Hüseynli hadisə yerində dünyasını dəyişib. Qardaşı, 2009-cu il təvəllüdlü Eynulla Hüseynli müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət daxil olub.
Bildirilib ki, hadisə Kürdəmirin Atakişili kəndində baş verib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BAЗ” markalı minik avtomobili və "Ford" markalı yük avtomobili toqquşub, 1 nəfər sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Surxay Şahbazov