AZ

Həlak olan pilot millimizin üzvünün atası imiş

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan AZAL-ın pilotu İqor Kşnyakin Azərbaycan millisinin üzvlərinin valideynidir. Metbuat.az-ın məlumatına görə, mərhum pilot Azərbaycan Gimnastika Federasiyasının üzvləri, tanınmış gimnastlar Anastasiya və Darya Kşnyakinanın atasıdır.

 

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.

Tarix: 28 Dekabr 2024, 10:47   
Seçilən
6
16
pravda.az

10Mənbələr