Dubay-Moskva reysi ilə uçan təyyarənin Bakıda məcburi eniş etməsinin səbəbi açıqlanıb.
Kommersant.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
"Dünən axşam Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.
Məcburi enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub", məlumatda deyilir.