Olaylar bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, yeniliklərdən biri ölkədaxili sərnişin qatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə olan tələbin aradan qaldırılması ilə bağlı olub. Artıq "My.gov.az" portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.
Hazırda turniketlərdən üztanıma sistemi vasitəsilə keçid üçün işlər görülür. Bu, pik saatlarında turniketlərdə sıxlığın yaranmasının qarşısını alacaq. Layihənin əvvəlcə pilot şəklində işə salınması planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31