AZ

“Mossad” Suriyada əməliyyata hazırlaşır

“Mossad” Bəşər Əsədin devrilməsindən sonra 1967-ci ildə “6 günlük müharibə”də qalib gələn məşhur casus Eli Koenin məxfi sənədlərini və cəsədini Suriyada axtarmağa başlayıb.

Publika.az xəbər verir ki, “Mossad” direktoru David Barnea cəsəd üçün Colani hökuməti ilə danışıqlar aparır.

Hermon dağını işğal edən İsrail indi də tarixinin ən məşhur agenti Eli Koenin Dəməşqdə saxladığı sənədləri əldə etməyə çalışır. Qlobal kəşfiyyat xəbər nəşri “Intel News”un İsrail hökumət mənbələrindən əldə etdiyi məlumata görə, “Mossad” hərbi kəşfiyyat (Aman) və daxili kəşfiyyat xidmətinin (Şin Bet) birgə qurduğu xüsusi qrup Eli Koenin qalıqları üçün səfərbər olub.

Məlumata görə, Colani hökuməti ilə danışıqları birbaşa “Mossad” direktoru David Barnea aparır.

Eli Koen 1967-ci ildə İsraillə Misir-İordaniya və Suriya arasında İsrailin mütləq üstünlüyü ilə nəticələnən “6 günlük müharibə”də təkbaşına qalib gələn agent kimi tanınır. 1924-cü ildə İsgəndəriyyədə Misir yəhudi valideynlərinin ailəsində anadan olan Eliyahu Eli Koen Misir yəhudilərinin İsrailə keçməsinə kömək edən gizli cəmiyyətdə çalışıb. 1956-cı il Süveyş böhranından sonra İsraildə məskunlaşan Koen 4 il sonra “Mossad” agenti kimi işə başlayıb.

Koen daha sonra Dəməşqə gedib, ölkənin aparıcı iş adamları və siyasətçiləri ilə görüşüb. Bu dövrdə ordunun tanıdığı nüfuzlu simalarından olan polkovnik Əmin əl-Hafiz Suriyada Baas Partiyasının üzvləri ilə birlikdə çevriliş edərək hökuməti ələ keçirib və ölkənin 16-cı prezidenti seçilib. Koen Hafizin ən yaxın adlardan birinə çevrilib.

Seçilən
72
50
publika.az

10Mənbələr