AZ

Tokayev təyyarə qəzasının obyektiv araşdırılması barədə GÖSTƏRİŞ verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumət komissiyası və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə Aktau yaxınlığında baş verən təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etməyi tapşırıb.

Bizim.Media Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, Tokayev bunu müşavirə zamanı bildirib.

O, həmçinin hökumət komissiyasına xəsarət alan xarici vətəndaşlara bütün zəruri tibbi və psixoloji yardımın göstərilməsini təmin etməyi, eləcə də həlak olan Qazaxıstan vətəndaşlarının qohumlarına xüsusi diqqət yetirməyi tapşırıb.

Bizim.Media

Seçilən
55
12
bizim.media

10Mənbələr