“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklə bağlı qanun layihəsi təsdiqlənib.
Modern.az xəbər verir ki, parlamentin Elm və təhsil komitəsinin ötən gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Qeyd edək ki, yeni qanun layihəsinə əsasən qanunun 4-cü bəndinə dəyişiklik edilib. Belə ki, bundan əvvəl qanunun 4.0.6-cı bəndinə görə dövlətin vəzifəsinə məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsini tənzimləmək aid edilirdi. Dəyişikliklə bundan sonra dövlətin vəzifəsinə dövlət və bələdiyyə tərəfindən yaradılan məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsini tənzimləmək aid ediləcək.
Qanun layihəsi komitədə qəbul edilib və plenar iclasa tövsiyə edilib.