Türkiyənin "Haber Global" televiziya kanalında yayımlanan verilişdə siyasi şərhçilər İranın Suriya hadisələri ətrafında cərəyan edən proseslərə müdaxiləsini şərh ediblər.
Qonaqlar İranın Ali Rəhbəri Əli Xameneinin Suriyada hakimiyyət dəyişikliyindən sonra etdiyi çıxışa xüsusi vurğu edərək, rəsmi Tehranın Suriya üçün hazırladığı planlar haqqında proqnozlarını açıqlayıblar.
"Diplomatik mətnlərdə altmənanı oxumaq mühümdür. Xameneinin açıqlaması nə qədər kübar tərzdə deyilsə də, diplomatik mətnləri doğru oxumağı bacarmaq lazımdır. İran demək istəyir ki, mən Suriyalı gəncləri təşkilatlandırıb, ölkəni qan çanağına döndərməkdə israrlıyam" - deyə qonaqlardan biri vurğulayıb.
"Haber Global"da İranın Suriya üçün hazırladığı planlar müzakirə edilib