Cari mövsümdə uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Mançester Yunayted” futbol üzrə İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Arena.az xəbər verir ki, Mançester təmsilçisi ardıcıl iki mövsüm dekabr ayında 5 oyunda məğlubiyyətlə üzləşən ilk klub olub.
Bu, Premyer Liqanın 18-ci turunda səfərdə “Vulverhempton”la (0:2) oyunda reallaşıb. Ötən mövsüm də komanda dekabrda 5 oyunda uduzmuşdu.
“Qırmızı şeytanlar” bu ilin dekabrında “Vulverhempton”dan başqa, “Arsenal” (0:2), “Nottingem Forest” (2:3), “Tottenhem” (3:4) və “Bornmut”a (0:3) məğlub olub.
Xatırladaq ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünün turnir cədvəlində 22 xalla 14-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” 18 oyunda cəmi 6 qələbə qazanıblar, 4 heç-heçə ediblər, 8 məğlubiyyətə üzülüblər.