AZ

Türkiyədən 8 nəfərlik heyət Bakıdadır: Qazaxıstandakı təyyarə qəzasını araşdıracaqlar


Türkiyə, Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən və Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara dəstək vermək məqsədilə 8 nəfərlik mütəxəssis heyəti göndərib.

Musavat.com Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatı əsasında yazır ki, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin tələbi əsasında təşkil edilən heyət, qəzanın səbəblərini hərtərəfli araşdırmaq və texniki təhlillər aparmaq üçün Bakıdadır.

Nazir Abdulkadir Uraloğlu açıqlamasında bildirib: “Qəzanın bütün aspektləri ilə araşdırılması və texniki təhlillərin aparılması üçün mütəxəssis heyəti formalaşdırdıq. Heyətimiz, Azərbaycanlı rəsmilərlə birgə çalışaraq qəzanın səbəblərini ətraflı şəkildə hesabatlandıracaq.”

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5-i ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 29 nəfər sağ qalıb, digərləri isə həyatını itirib.

Türkiyəli mütəxəssislərdən ibarət heyət, Azərbaycanlı həmkarları ilə birlikdə qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb.


Seçilən
3
1
nuh.az

10Mənbələr