İmişli rayonunda 2006-cı il təvəllüdlü Mahir yetkinlik yaşına çatmayan Gülnarəyə (adlar şərti verilib – red.) təcavüz edib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir vki, Mahir 2022-ci ilin oktyabrın ortalarında İmişli şəhərində kirayədə qaldığı mənzilin qonaq otağında on dörd yaşına çatmayan Gülnarə ilə onun öz razılığı əsasında təbii yolla cinsi əlaqədə olub.
26 oktyabr 2023-cü ildə saat 18 radələrində həmin mənzildə artıq on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Gülnarə ilə yenidən cinsi əlaqəyə girib.
İstintaq orqanı tərəfindən Mahirin barəsində Cinayət Məcəlləsinin 152.1 (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 152.2-ci (eyni əməllər on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası ilə kənddə öz evlərində yaşayıb:
“Mən anadan olarkən atam anamdan ayrılıb. Məni anam böyüdüb. Hazırda bizdən ayrı, Ağdam rayonunda yaşayan atam anamdan ayrıldıqdan sonra evlənib. Onun başqa ailəsi və uşaqları var. 3 ildir ki, anamla kənddən köçərək İmişli şəhərində kirayə tutduğumuz evdə qalırıq.
Əvvələr İmişli şəhərində şadlıq evində günəmuzd ofisiant işləmişəm. 2 il əvvəl bizim şadlıq evindən 200-300 metr aralıda 2 mərtəbəli yaşayış binasında kirayədə qalmışıq. Orada Xanım adlı riyaziyyat müəllimi ilə qapı qonşusu olmuşuq. Binanın girişində 1-ci mərtəbədə qonşumuz yaşayıb. Xanım müəllimə evində şagirdlərə məşğələ keçir və şagirdlər riyaziyyat fənnindən məşgələ dəslərinə gəlib-gediblər. Məhəllədə olarkən gəlib-gedən şagirdləri mən də görmüşəm”.
“Məndən içməyə su istədi”
Təqsirləndirilən şəxs qeyd edib ki, dəqiq gününü xatırlamadığı vaxtda, 2022-ci ilin sentyabr-oktyabr ayı ərzində Gülnarə adlı qızı Xanım müəllimənin yanına kurs hazırlıqlarına gəlib-gedərkən görüb və tanıyıb:
“Bir gün məhəllədə Gülnarə yanımdan keçərkən üzümə baxaraq güldü. Mən də əsəbləşdim, ondan nə üçün güldüyünü soruşdum. İlk tanışlıq belə oldu.
Sonra Gülnarla bir qədər söhbət etdik. Tanış olarkən Gülnar mənə mobil telefonu olduğunu, “İnstagram” sosial şəbəkəsindən “Gülnarə” adlı profildən istifadə etdiyini söylədi, mobil nömrəmin olub-olmadığını soruşdu. Ona “İnstagram” sosial şəbəkəsində “Mahir-030” adıyla qeydiyyatdan keçdiyimi bildirdim.
Bir həftə Gülnarə ilə “İnstagram” sosial şəbəkəsində danışdıq. O, məhəllədə Xanım müəllimənin yanına hazırlığa gəlib-gedərkən də rastlaşaraq danışmışıq. Bir gün Gülnarə binanın blokunda mənimlə rastlaşdı. Məndən içməyə su istədi və otağa keçərək məni öpdü. Mən də onu öpdüm”.
“Anama xəbər verdilər”
Mahirin ifadəsinə görə, daha sonra aralarında heç nə olmayıb və Gülnarə gedib: “Bir neçə gün sonra Gülnarəyə 2 manata qızıl rəngdə barmağına taxmaq üçün üzük aldım, üzüyü ona vermək istədim. “İnstagram”da ona üzük aldığımı və hədiyyəni vermək istədiyimi dedim.
Gülnarə həmişə Xanım müəllimənin yanına hazırlığa 15-20 dəqiqə tez gəlirdi. Həmin günü mən evdəydim. Gülnarə qapını döydü, mən də qapını açdım. O, evə girdi, mən də üzüyü ona bağışladım.
Evdə olan taxta uzanıb öpüşdük, lakin aramızda öpüşməkdən başqa heç bir münasibət olmadı. İkinci dəfə Gülnarənin evimizə girməsini qonşular gördü və anama xəbər verdilər. Buna görə biz həmin evdən çıxdıq. İmişli şəhərinsə digər ünvanda kirayəçi kimi yaşadıq”.
“Dedi ki, cinsi əlaqədə olmaq istəyirəm”
Mahir qeyd edib ki, təxminən 2022-ci oktyabr ayında Gülnarə ilə hələ küsmədiyi vaxtda, “N” şadlıq sarayının yanında avtoyuma yerində işləyəndə onunla küçədə rastlaşıb: “Gülnarəyə “İnstagram” sosial şəbəkəsində salam yazdım, hal-əhval tutdum. Təxminən bir neçə gün sonra onun yaşadığı binaya gəldim.
Mən evimizə qayətdım, o da arxamca evimə gəldi. Saat 15-16 radələri olardı. Evimiz binanın birinci mərtəbəsindəydi, qapını açaraq içəri girdim, Gülnarə də arxamca gəldi. Oturaraq əvvəlcə divanda söhbət etdik və sonra öpüşdük. Gülnarə mənə dedi ki, səninlə cinsi əlaqədə olmaq istəyirəm. Mən isə Gülnarəyə qorxduğumu bildirdim. Əlinin içi ilə alnımdan vurdu və dedi ki, kim biləcək, qorxma.
Biz olduğumuz otaqda yerə xalça sərilmişdi. Əvvəlcə Gülnarə soyundu. Sonra mən də soyunaraq onunla qeyri-təbii yolla, sonra isə təbii yolla cinsi əlaqədə olduq. Təxminən 5-6 dəqiqə onunla cinsi əlaqədə olduq. Evdə olan salfetka ilə özümü təmizlədim. Gülnarə isə ayaqyoluna gedərək orada yuyundu. Gülnarə ilə olarkən bakirə deyildi. O mənə 15 yaşında olduğunu bildirdi, mən də inandım.
Həmin vaxt avtoyuma sexinə tələsirdim. Gülnarəylə evdən çıxdıq, mən işə getdim. Təxminən bir ay “İnstagram” sosial şəbəkəsində danışdıq, sonra münasibətlərimiz kəsildi. Münasibətlərimizin kəsilməsinə səbəb Gülnarənin yalan danışması və başqa oğlanlara söhbət etməsi oldu. Daha onunla görüşmədim”.
“Özü mənə təklif etdi”
Mahirin sözlərinə görə, 26 oktyabr 2023-cü ildə saat 18 radələrində kirayədə yaşadıqları yeni mənzilin balkonunda duran vaxt Gülnarənin “Voenkomat” tərəfdən gəldiyini görüb: “Mən balkonda telefonla danışırdım. Gülnarədən orada nə gəzdiyini soruşdum. Diş həkiminin yanından gəldiyini və zibilə düşdüyünü dedi. Avtomobillərin səsindən Gülnarənin dediklərini eşitmədim, ondan binanın girişinə gəlməsini istədim. O da hərlənərək arxa girişdən evin ikinci mərtəbəsinə, qapının qabağına gəldi. Mənə zibilə düşdüyünü və 20 manat pul istəyərək qaytaracağını bildirdi.
Gülnarəyə pul tapıb verəcəyimi vəd elədim. O, axşam pul dalınca gələcəyini dedi. Ona gəlməmişdən xəbər eləməyi tapşırdım.
Axşam mağazanın yanında olan vaxt Gülnarənin Nailə adlı rəfiqəsi ilə kursdan çıxıb gəldiyini gördüm. Onların arxasınca gəldim. Gülnarə Nailədən ayrıldı, mən qabağa düşdüm, o da dalımca gəlməyə başladı.
Evimizə qalxaraq əynimdəki paltarı dəyişdim. Gülnarənin gəlmədiyini görəndə həyətə düşdüm. O, həyətdə binanın yanında durmuşdu, birgə evə qalxdıq. Zalda divanda oturaraq söhbət etdik. Gülnarə məndən 20 manatı istədi, mən pulumun olmadığını dedim. Sonra qarşılıqlı öpüşdük.