“Qafqazinfo”nun məlumatına görə, Rusiyanın “Baza” teleqram kanalı “Aeroflot” aviaşirkətinə məxsus sözügedən təyyarədə baş verən hadisənin görüntülərini yayıb.
Bildirilib ki, həmin sərnişin uçuş boyu qışqırıb, ekipaj üzvlərini itələyib, illüminatoru sındırmağa cəhd edib.
Digər sərnişinlərin sözlərinə görə, Roman Paxomov adlı bu şəxs ilk olaraq təyyarəyə mindikdə ayıq olub. Lakin iddialara görə, o, üzərində spirtli içki gizlədərək hava gəmisinə daxil olub.
Ekipaj üzvləri onun öhdəsindən gələ bilmədikdə təyyarənin Bakıda enməsi ilə bağlı qərar verilib. Hava gəmisi Bakıda yerə endikdən sonra isə Paxomov polisə təhvil verilib.
“Baza”nın məlumatına görə, o, özünə gəldikdə heç nə xatırlamadığını bildirib