Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusdan sağaldığını bildirib.
Bu barədə baş nazirin özü sosial şəbəkə hesabında yazıb.
“COVID testimin cavabı nəhayət neqativ çıxdı”, - deyə Paşinyan qeyd edib.
Bununla yanaşı, o, şərhinin yanına gülüşsmayliki də əlavə edib.
Bir çoxları Paşinyanın koronavirusa yoluxduğu barədə söylədiklərinə inanmır. İddia olunur ki, Nikol Paşinyan delabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirlən MDB liderlərinin qeyri-rəsmi sammitində və Avrasiya İqtisadi İttifaqının iclasında iştirakdan yayınmaq üşün bu variantdan istifadə edib.
"Cebheinfo.az"