Xəbər verdimiz kimi, Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Təcili enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub.
Sabahinfo.az xəbər verir ki, hadisəni əks etdirən görüntüləri Rusiyanın "Baza" teleqram yayıb.
Belə ki, Dubaydan Moskvaya uçan “Aeroflot” təyyarəsi salonunda sərnişinlərdən biri uçuş boyu qışqırıb, ekipaj üzvlərini itələyib, illüminatoru sındırmağa cəhd edib.
Digər sərnişinlərin sözlərinə görə, kişi salona daxil olanda ayıq və sakit olub. Roman Paxomov təyyarədə yanında bir çanta spirt gizlədibmiş. Uçuş zamanı digər sərnişinin onun nə gizlətdiyini anlayıb, qışqırmağa və onu təhqir etməyə başlayıb. Bu zaman onlar arasında mübahisə yaranıb.
Ekipaj üzvləri onun öhdəsindən gələ bilmədikdə təyyarənin Bakıda enməsi ilə bağlı qərar verilib. Hava gəmisi Bakıda yerə endikdən sonra isə Paxomov polisə təhvil verilib.
Kanal yazır ki, hadisədən sonra Paxomov heç nə xatırlamadığını etiraf edib.