AZ

Rusiya-Ukrayna müharibəsində kritik gün

"Ukraynada müharibə bu il başa çatacaq. Dekabrın 30-da münaqişəyə son qoyacaq bir görüş baş tutacaq".

hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə Ukraynalı jurnalist Dmitri Qordon efirlərin birində deyib.

"Burada əsas tarix 30-dur. Çünki dekabrın 30-da böyük bir hadisə baş verməlidir. Hətta bunu ucadan söyləmək istəmirəm. Qısaca, ayın 30-da kimsə kiminləsə görüşəcək. Bundan sonra çox maraqlı bir dövr başlayacaq", - deyə Qordon bildirib.

Qeyd edək ki, aparıcı sentyabrın sonunda müharibənin qızğın fazasının bu il başa çatacağını proqnozlaşdırmışdı.

Seçilən
48
1
hakimiyyet.az

2Mənbələr