“Araz-Naxçıvan”ın qış hazırlıq planı zamanı keçirəcəyi yoxlama oyunlarının təqvimində dəyişiklik olub.
"Football-plus.az" xəbər verir ki, komanda əvvəlcədən nəzərədə tutulduğu kimi, yanvarın 8-də klubun əvəzediciləri ilə deyil, bir gün sonra - yanvarın 9-da “Sumqayıt”la üz-üzə gələcək. Görüş “Kapital Bank Arena”da keçiriləcək. Məlumatda bildirilib ki, oyunun başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Beləliklə yanvarın 5-də bir araya gələcək “qırmızı-ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaqlar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta