"Liverpul"un hücumçusu Luis Dias iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.
Mənbə Diasla "Barselona" və PSJ-nin maraqlandığını vurğulayıb. Xəbərə görə, kolumbiyalı forvard karyerasını Kataloniya təmsilçisində davam etdirmək variantına isti yanaşsa da, maliyyə çətinlikləri üzündən İspaniya nəhənginin bu keçidi reallaşdıracağı inandırıcı görünmür. Paris klubunun isə Dias üçün ingilislərə 60 milyon avro ödəməyə hazır olduğu bildirilib. Hazırda "Liverpul"un sözügedən oyunçunu satmağı planlaşdırmadığı da diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 23 matça çıxan Dias 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 85 milyon avro ilə dəyrləndirir. Luisin "Liverpul" ilə olan müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat