AZ

Təyyarə qəzasında həlak olanların xatirəsi Braziliyada anılıb

Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması səbəbindən dekabrın 26-da Azərbaycanda matəm günü elan olunması ilə bağlı Səfirlikdə Dövlət Bayrağımız yarıya qədər endirilib, başsağlığı kitabı açılıb.

Bu barədə APA-ya Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Braziliya Federal dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri Səfirliyi ziyarət edərək, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar. Bununla yanaşı Səfirliyin elektron poçt ünvanına faciə ilə əlaqədar çox sayda braziliyalılar tərəfindən də başsağlığı müraciətləri ünvanlanıb.

Poliqon.info

Seçilən
3
50
poliqon.info

10Mənbələr