"Türkmənistan Hava Yolları" bir ay müddətinə uçuşları dayandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında məlumat verilib.
“Türkmənistan Hava Yolları” bildirir ki, Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək müntəzəm reyslər ləğv edilib", - məlumatda deyilir.
Ləğv edilmiş uçuş üçün pul vəsaiti tam olaraq geri qaytarılacaq.
Bundan əvvəl "Qazaq Air", İsrailin "El Al" və "Azərbaycan Hava Yolları" Rusiyaya uçuşları dayandırmışdı.
QAZİLER.AZ