İsrailin Baş naziri Benyamin Netanyahu prostat vəzi əməliyyatı olacaq.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Ofisin məlumatına görə, ekabrın 25-də hökumət başçısı Hadassax xəstəxanasında müayinə olunub və ona “prostat vəzinin xoşxassəli hiperplaziyası nəticəsində yaranan sidik yollarının infeksiyası diaqnozu qoyulub”.
Bundan sonra Netanyahu bir neçə gün antibiotik qəbul edib və bu gün əməliyyat olunacaq.