Təyyarə qəzası səbəbindən Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında bütün daxili və beynəlxalq reyslər təxirə salınıb.
Redaktor.az xəbər vərir ki, bu barədə “Çunan İlbo”nun məlumatında qeyd olunub.
Jejuya yerli vaxtla saat 10:00-da uçmalı olan "Jeju Air" aviaşirkətinə məxsus 7C341 reysinin qeydiyyatı dayandırılıb.
Bundan əlavə, "Jin Air"in Jejuya 13:35 planlaşdırılan LJ467 reysi, Banqkoka və Taypeyə olan digər reyslər də ləğv edilib.
Həmçinin Muan Beynəlxalq Hava Limanına çatması planlaşdırılan bütün reyslər ləğv edilib.
Sevinc İBRAHİMZADƏ