AZ

Özbəkistan təyyarəsi faciə yerinin üzərində iki dövrə vurdu

"Özbəkistan Hava Yolları"na məxsus təyyarə Aktau yaxınlığındakı faciə yerinin üzərində iki dövrə vurub.

Publika.az xəbər verir ki, qardaş ölkənin təyyarəçiləri bununla faciə qurbanlarının xatirəsini anıblar.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Göyərtədə olan 67 nəfərdən 38-i ölüb, 29 nəfər sağ qalıb. İlkin məlumata görə, təyyarə Qroznı üzərində “Pantsir” raketinin hədəfinə tuş gəlib.

Seçilən
49
1
publika.az

10Mənbələr