AZ

Hökümə Əliyevanın yaşadığı evin önü... - VİDEO

AZAL-ın sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından dəqiqələr öncə sərnişinlərə “hər şey yaxşı olacaq” deyən bələdçi Hökümə Əliyeva qəhrəmanlığı ilə yadda qalıb.

Musavat.com xəbər verir ki, Hökümə Əliyevanın yaşadığı evin qarşısına gül çələngləri düzülüb.

Hazırda onunla vida mərasimi Heydər Əliyev adına Hava Limanında keçirilir. Evinin önündə isə qonşuları, yaxınları toplaşıblar.

Qeyd edək ki, qəza nəticəsində pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva həyatını itirib. Həlak olmuş ekipaj üzvləri II Fəxri xiyabanda dəfn olunacaq.

E. Məmmədəliyev,
Musavat.com


Seçilən
2
10
musavat.com

10Mənbələr