Bu gün, dekabrın 29-da Ermənistanın Ararat bölgəsində buzlu şərait və duman səbəbindən bir neçə zəncirvari qəza və ölümlə nəticələnən toqquşma baş verib.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, Shamshyan.com saytının məlumatına görə, səhər saat 08:00 radələrində İrəvan – Arazdəyən (Yerasx) avtomobil yolunun Masis-Marmaraşen hissəsində 100-dən çox avtomobil toqquşub.
Sürücülərin şəxsiyyəti müəyyənləşdirilir.
Fotomüxbir Qaqik Şamşyanın sözlərinə görə, yolda duman və buz olub. Qəzadan sonra 20-dən çox avtomobilin sürücüsü sığorta şirkətinin əməkdaşlarını gözləmədən öz aralarında razılaşaraq hadisə yerini tərk ediblər.
"Cebheinfo.az"