AZ

Rusiya XİN-dən Bakının bəyanatına reaksiya

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiya vətəndaşlarına qarşı məhdudiyyətlər tətbiq etmək bəyanatına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

“Bu cür dəyişikliklər etmək Bakının hüququdur”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, yaxın vaxtlarda Azərbaycanda Rusiya vətəndaşlarının qalma qaydaları dəyişdiriləcək. O əlavə edib ki, bu qərar əcnəbilərin Rusiyada qalma qaydalarına edilən dəyişikliklərlə bağlıdır./axar.az/

Seçilən
38
6
turkustan.az

7Mənbələr