Salome Zurabişvili prezident iqamətgahını tərk edib
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili prezident iqamətgahını tərk etmək qərarına gəlib.
Yeniavaz.com “Sputnik” agentliyinə istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Orbeliya sarayının yaxınlığında toplaşan etirazçılara müraciət edib.
“Mən legitimliyi özümlə aparıram, bayrağı özümlə aparıram, etimadınızı özümlə aparıram”, - deyən Zurabişvilinin sözlərinə görə, o, gürcü xalqına sadiq qalır və onlarla birlikdə Gürcüstanın gələcəyi üçün mübarizəni davam etdirəcək.
Qeyd edək ki, bir qədər əvvəl Mixeil Kavelaşvili parlament binasında and içərək Gürcüstanın altıncı prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb.
Dünən axşam isə Salome Zurabişvili videomüraciət yayaraq insanları bu gün saat 10:00-da Orbeliani sarayının (Prezident iqamətgahı) qarşısına dəvət edib