Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın atası Cəlil Əliyev onunla fəxr etdiyini deyib.
“İki sahil” xəbər verir ki, o, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasində bildirib.
C.Əliyev bildirib ki, Hökumə Əliyevanın vəfatı təkcə ailəsi üçün deyil, dövlət və xalq üçün də ağır itkidir: "Mən qızımla fəxr edirəm. O, daim yaşayacaq. Onu çox sevirəm".