AZ

Rus generalı həbsdən çıxarıb, yenidən müharibəyə göndərəcəklər

Rusiyada dələduzluq işi ilə həbs edilən 58-ci Ordunun keçmiş komandanı, general-mayor İvan Popov tezliklə həbsdən azad olunaraq Şimal Hərbi Dairəsinə göndərilə bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. 

Zabitin yaxınlarının verdiyi məlumata görə, Müdafiə Nazirliyi artıq bununla razılaşıb - indi Popov sənədlərin işlənməsini gözləyir. Lakin onun məhkəməsi davam edir.

Xatırladaq ki, 58-ci Ordunun keçmiş komandanı 2024-cü ilin mayında saxlanılaraq həbs edilib, iyulda isə ev dustaqlığına keçirilib. 

Ağarza Elçinoğlu 

Seçilən
3
20
unikal.az

10Mənbələr