Bakı. Trend:
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişintəyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləriII Fəxri xiyabanda dəfn ediliblər.
Trend xəbərverir ki, qəzada həlak olan pilotlar İqor Kşnyakin, AleksandrKalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevanın dəfn mərasimindəictimaiyyət və dövlət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, bu gecə “Azərbaycan Hava Yolları” aviaşirkətininJ2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190”təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsindəhəlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, AleksandrKalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişininnəşləri Bakıya gətirilib.
Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi vəyaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfərhəlak olub, 29 nəfər isə yaralanıb.